Bakıda iki "avtoş" həbs olundu; hərəsinə 20 sutka

Avtoxəbər 16 Mart 2015 16:01 Oxunub 3021
Bakıda iki "avtoş" həbs olundu; hərəsinə 20 sutka
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhər sakinləri avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə məsuliyyətə cəlb olunublar

Bakı şəhər sakinləri avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə 20 gün müddətinə həbs ediliblər. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh