3 avtomobil zəncirvari qəza törətdi: bir nəfər xəsarət alıb - VİDEO

Qəzalar 20 Mart 2019 10:53 Oxunub 955
3 avtomobil zəncirvari qəza törətdi: bir nəfər xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə cəlb olunmuş YPX əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib

Bakı-Sumqayıt şossesində zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Bakının Nəsimi rayonu ərazisinədə baş verib. "Lexus" markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman qarşısına çıxan maneəyə görə qəfil əyləcdən istifadə edib. Bu vaxt arxadan gələn "Mercedes" markalı digər avtomobil ona çırpılıb. "Mercedes"in arxasında olan "Daewoo" markalı avtomobil də eyni şəkildə zəncirvari qəzanın iştirakçısına çevrilib.

Hadisə nəticəsində "Daewoo" markalı avtomobildə olan sərnişin bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Baş vermiş qəzaya görə yolötürücü tuneldə tıxac yaranıb.

Əraziyə cəlb olunmuş YPX əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh