Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Avtoxəbər 20 Mart 2019 11:34 Oxunub 1008
Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ildə avtomobil müəssisələri tərəfindən

Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, ötən il Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” markalı minik avtomobili istehsal edilib.

Ötən il ərzində Gəncə Avtomobil Zavodunda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 9 ədəd HALLER məişət tulantıları daşıyan maşın istehsal edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh