Ana və qızı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Gündəm 20 Mart 2019 13:26 Oxunub 611
Ana və qızı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Martın 18-də, axşam saat 21 radələrində Bakının Nizami rayonunda ana və qızını avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət etməyib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh