Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Gündəm 20 Mart 2019 14:09 Oxunub 554
Avtomobildən oğurluq edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh