Avtomobildən şübhə doğuran 110 ədəd diri toyuq aşkarlanıb - REYD

Gündəm 20 Mart 2019 14:19 Oxunub 948
Avtomobildən şübhə doğuran 110 ədəd diri toyuq aşkarlanıb - REYD
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toyuqlar yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edib. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. Növbəti belə tədbir martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan, Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib. Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh