"Azərbaycan Dəmir Yolları" sərnişinləri belə təbrik etdi - FOTO

Gündəm 20 Mart 2019 14:31 Oxunub 744
"Azərbaycan Dəmir Yolları" sərnişinləri belə təbrik etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayram tədbiri Bakı sərnişin stansiyasında və Bakı-Sumqayıt elektrik qatarında baş tutub

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi sərnişin qatarlarında vətəndaşlara göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirir. Martın 19-da Bakı sərnişin stansiyasında sərnişinlərin bayram əhval-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.Qədimdən bu günədək gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin milli-mənəvi xüsusiyyətləri ilə də yaddaşlarda yaşayır.  Bayram tədbiri əvvəlcə Bakı sərnişin stansiyasında keçirilib, sonra Bakı-Sumqayıt-Bakı elektrik qatarında davam etdirilib.
Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Qatarda olan balaca sərnişinlərə bayram hədiyyələri təqdim olunub.
Sərnişinlər onlara göstərilən diqqətə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh