Əsgər və polislərə qumbara atıldı: yaralılar var

Gündəm 20 Mart 2019 18:05 Oxunub 705
Əsgər və polislərə qumbara atıldı: yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik qüvvələri əl qumbarası atan şəxslərin axtarışını həyata keçirir

Ötən gün Tehranda polislərə və əsgərə əl qumbarası atılıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə,  bunu Tehranın polis rəisi general  Hüseyn Rəhimi deyib.

H.Rəhimi deyib ki, iki motosikletlə hərəkət edən naməlum şəxslər Tehranın Narmək meydanında xidməti vəzifəsini yerinə yetirən polislərə əl qumbarası atıblar. Tehranın cənubunda da postda olan əsgərə əl qumbarası atılıb. Nəticədə iki polis və bir əsgər yaralanıb. Yaralı polislər və əsgər xəstəxanaya yerləşdirilib, durumları stabildir.

Təhlükəsizlik qüvvələri əl qumbarası atan şəxslərin axtarışını həyata keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh