"Bizim polislər ürəkdir" - Yol polisindən qeyri-adi aksiya - VİDEO

Yol polisi 20 Mart 2019 18:44 Oxunub 5317
"Bizim polislər ürəkdir" - Yol polisindən qeyri-adi aksiya - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin bayram günlərində maarifləndirmə aksiyası davam edir

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bayram günlərində maarifləndirmə aksiyası davam edir. Avtosfer.az xəbər verir ki, Alayın 11-ci tağımının əməkdaşları yollarda xidmət zamanı avtomobilləri saxlayaraq onları Novruz bayramı münasibətilə təbrik edib. Sürücülərə maarifləndirici tövsiyələrin yazıldığı bukletlər verən yol polisi əməkdaşları onlarla təbliğat xarakterli söhbətlər aparıb, qaydalara əməl etməyin vacibliyini tövsiyyə ediblər.

Sürücülər isə yol polisinin bu addımını maraqla qarşılayıb, onlar da DYP əməkdaşlarını, DİN və DYP rəhbərliyini təbrik ediblər. Sürücülərdən biri deyib ki, Azərbaycan polisləri ürəkdir.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh