Bakı-Sumqayıt şosesində avtomobil alışdı - FOTO

Qəzalar 20 Mart 2019 19:54 Oxunub 1416
Bakı-Sumqayıt şosesində avtomobil alışdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində Sumqayıtdan Bakıya gələn yolda tıxac yaranıb

Bakı-Sumqayıt şosesində avtomobil qəzaya uğrayaraq yanıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesinin Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. “Hyundai" markalı avtomobilin sürücüsü paytaxt istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Minik avtomobili tunelin girişindəki dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobilin mühərrik hissəsində yanğın baş verib. Sürücü bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Xidmətinin əməkdaşları cəlb edilib, avtomobilin mühərrikində baş verən yanğın söndürülüb.

Qəza nəticəsində Sumqayıtdan Bakıya gələn yolda tıxac yaranıb.

Əraziyə cəlb edilən Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh