Avtomobildə azərbaycanlı gəncin meyiti tapılıb

Gündəm 20 Mart 2019 20:11 Oxunub 2697
Avtomobildə azərbaycanlı gəncin meyiti tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində “Mercedes” markalı avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, gənc odlu silahla özünə sui-qəsd edib.

Kənd sakinləri adı açıqlanmayan gəncin meyitini bu gün səhər saatlarında aşkar ediblər və bu barədə polisə məlumat veriblər.

Azərbaycanlı gəncin qətlə yetirilməsi istisna olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh