Sıxışdırılan avtomobil körpüdən aşdı: 6 yaralı - FOTO

Avtosfer Foto 20 Mart 2019 20:25 Oxunub 8120
Sıxışdırılan avtomobil körpüdən aşdı: 6 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Diyarbəkir vilayətində başqa bir nəqliyyat vasitəsi tərəfindən sıxışdırılan sürücü sükan idarəetməsini itirərək avtomobilini körpüdən alt yola aşırıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə tibb, xilasetmə və polis briqadaları gəlib.

Avtomobildə olan biri körpə, digəri uşaq olmaqla 6 nəfər təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh