Azərbaycana yaz fəsli daxil olub

Yeniliklər 21 Mart 2019 10:05 Oxunub 2995
Azərbaycana yaz fəsli daxil olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 01:58-də qeydə alınıb

Azərbaycana yaz fəsli daxil olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 01:58-də qeydə alınıb. Bu zaman gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayıb.

Qeyd edək ki, iyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəyə qədəm qoyacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh