Dünyanın ən ucuz avtomobili... – FOTO

Avtoxəbər 21 Mart 2019 21:55 Oxunub 13072
Dünyanın ən ucuz avtomobili... – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun 100 km məsafədə sərf etdiyi yanacağın həcmi 3 litrdən çox olmur

Hindistan avtomobil istehsalçısı “Bajaj” minimum yanacaq sərf edən “Qute” avtomobillərinin daxili bazarda satışına başlayıb. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, avtomobilin dəyəri 263 min rupi (təxminən 3 min 800 ABŞ dolları) olacaq.

Şirkət bu avtomobilləri 2015-ci ildən istehsal etməyə başlayıb. Ancaq onun vahid nəqliyyat qaydalarına uyğunsuzluğu aşkarlandıqdan sonra istehsal dayandırılıb. 2017-ci ildən isə uyğunsuzluq aradan qaldırılıb.

“Bajaj Qute”nin uzunluğu 2752 mm, eni 1312 mm, hündürlüyü isə 1652 millimetrdir.

Avtomobil təksilindrli mühərriklə təchiz olunub. Maşın saatda maksimum 70 kilometr məsafə qət edə bilir. Onun 100 km məsafədə sərf etdiyi yanacağın həcmi 3 litrdən çox olmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh