Hava limanında iki təyyarə toqquşub

Qəzalar 22 Mart 2019 10:37 Oxunub 743
Hava limanında iki təyyarə toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmayıb

Tokio aeroportunda "Air Japan" aviaşirkətinin "Boeing 767" yük təyyarəsi "FedEx" poçt xidmətinin "McDonnell Douglas MD-11" təyyarəsi ilə toqquşub. Avtosfer.az-ın Trend-a istinadən məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarənin Şanxaya uçması planlaşdırılırdı. Təyyarələr quyruq hissələri ilə toqquşub. Toqquşma nəticəsində "Boeing 767"in quyruq hissəsində problem yaranıb, "FedEx" təyyarəsinin isə mühərriklərindən biri zədələnib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh