Kamil Zeynallı azadlığa çıxdı – VİDEO

Gündəm 22 Mart 2019 11:33 Oxunub 1080
Kamil Zeynallı azadlığa çıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bütün maraqlanan, maraqlanmayan hər kəsə təşəkkürümü bildirirəm”

Məşhur idmançı Kamil Zeynallı azadlığa çıxıb. Onun barəsində verilmiş 10 sutkalıq inzibati həbs cəzasının müddəti başa çatıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Kamil özünün Instagram hesabında evə gəlməsini videoya çəkərək izləyicilərlə paylaşıb.

O, videoya bu şərhi yazıb: “Dostlar, salam, çox şükür hər şey yaxşıdır. Bu gün saat 17:00-da azadlığa buraxdılar məni. Hamıdan, hər kəsdən razıyam. Heç nədən narazılığım yoxdur, səhvimiz var idi, cəzamızı da çəkdik gəldik, 10 gün nədir ki?! Camaat illərlə məhbus həyatı çəkir. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Allaha and olsun, insan hara gedir getsin, getdiyi yerdə özünü necə aparırsa, o cür də onunla elə rəftar edirlər. Bütün maraqlanan, maraqlanmayan hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbslə cəzalandırılmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh