Qətldə təqsirləndirilən ata və oğulun apellyasiya şikayətinə baxılacaq

Gündəm 22 Mart 2019 14:56 Oxunub 713
Qətldə təqsirləndirilən ata və oğulun apellyasiya şikayətinə baxılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və xuliqanlıqdan ittiham olunan Babək Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar "söhbət etmək" üçün kafedə görüşüb. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb.

O, daha sonra R.Abbasovun ayağını güllə ilə yaralayıb. T.Əlizadə üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

Daha sonra qətlin iştirakçısı kimi T.Əlizadə, atası Z.Əlizadə və B.Quliyev də həbs edilib. Daha sonra B.Quliyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əliyev 18 il, və T.Əlizadə isə 17 il müddətinə azadlıqdan məhrum edilib. B.Quliyev isə 2 il müddətinə islah işləri cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh