Azyaşlını öldürmək istəyən gənc apellyasiya şikayəti verib

Gündəm 22 Mart 2019 15:08 Oxunub 868
Azyaşlını öldürmək istəyən gənc apellyasiya şikayəti verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı A.Vəliyevin başına daşla vuraraq öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.

M.Bağırov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh