Suriyada döyüşməkdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib

Gündəm 22 Mart 2019 15:26 Oxunub 799
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq

İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev barəsində olan hökmdən apellyasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 28-nə təyin edilib.

Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh