Həmkəndlisini öldürən şəxs apellyasiya şikayəti verib

Gündəm 22 Mart 2019 21:45 Oxunub 1003
Həmkəndlisini öldürən şəxs apellyasiya şikayəti verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Quba rayonunun Zərdabi kəndində baş verib. Kənd sakini Dadaşov Eldəniz Arzuman oğlu ilə 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində E.Ağasiyev E.Dadaşovu bıçaqlayıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

E.Ağasiyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh