Yeni Zelandiyada terrorçu ömürlük həbs ediləcək

Gündəm 22 Mart 2019 19:45 Oxunub 744
Yeni Zelandiyada terrorçu ömürlük həbs ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq. Avtosfer.az-ın Trend-ə itinadən məlumatına görə, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.

O bəyan edib: "Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh