Zibil qutuları sürücülərə çətinlik yaradır - VİDEO

Yazarlar 22 Mart 2019 20:25 Oxunub 2166
Zibil qutuları sürücülərə çətinlik yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ərazilərə baxış keçiriləcək və araşdırma aparılacaq”

Bakıda bəziərazilərdə zibil qutuları yolun hərəkət hissəsinə və taksi dayanacağına qoyulub. Bundan da ən çox əziyyət çəkən elə sürücülər olur. Zibil qutuları düz avtomobil yolunun hərəkət hissəsinə qoyulub. Bamayaraq ki, kənarda qutuları qoymaq üçün yer var.

Bu ərazidə isə zibil qutularıtaksi dayanacağına qoyulub. Yeşiklər insanların toplaşdığı ərazidə olduğundan üfunət ərazini bürüyür.

Görüntülər Paytaxtın Xətai və Yasamal rayonları ərazisindəndir. Xətai rayonu NSZ qəsəbəsində yolun hərəkət hissəsinə qoyulan zibil qutuları bu yoldan istifadə edən sürücülər üçün problem yaradır.Xüsusəndə zibil maşınlarının qutuların daşınmasını həyata keçirən zaman yolda tıxaclar yaranır.Bunu sürücülər bildirir.

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi boyunca isə yolun kənarlarında,bununla yanaşı taksi dayanacaqlarında zibil qutuları qoyulub.Təbii ki,bu da həm taksi,həm da avtomobillərini yolun kənarında park edən sürücülərin narazılığına səbəb olur.

Avtosfer.az xəbər verir ki, problemlə bağlı Bakı şəhər İcra Hakimiyyətinindən bildirildi ki, ərazilərə baxış keçiriləcək və araşdırma aparılacaq. Bundan sonra isə dəqiq mövqe bildrimək mümkün olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh