Minsk, Tbilisi və Bakı dəmir yolu üzrə konteyner daşınmalarını müzakirə edəcək

Gündəm 22 Mart 2019 20:32 Oxunub 916
Minsk, Tbilisi və Bakı dəmir yolu üzrə konteyner daşınmalarını müzakirə edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İclas 19-22 mart tarixlərində Gürcüstanda keçirilib

Belarus, Gürcüstan və Azərbaycan Tbilisi - Bakı - Minsk marşrutu üzrə dəmir yolu konteyner marşrutunun təşkil edilməsi imkanları üzərində işləyəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Belarus-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının V iclası zamanı qəbul olunub.

İclas 19-22 mart tarixlərində Gürcüstanda keçirilib. "Görüşün sonunda tərəflər Gürcüstana birbaşa su yolu ilə çatdırılmalar üçün vahid bir gəmi partiyasının yaradılması məsələlərini, həmçinin Gürcüstanın Azərbaycan və Belarusla birgə Tbilisi-Bakı-Minsk marşrutu üzrə dəmiryolu konteyner marşrutu təşkil etmək imkanlarının hazırlanmasına dair qərar qəbul ediblər", - deyə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh