Məktəb direktoru qəza törətdi - FOTO

Qəzalar 22 Mart 2019 19:54 Oxunub 905
Məktəb direktoru qəza törətdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba-Qonaqkənd yolunun Təngəaltı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, kənd sakini Ramil Adilovun idarə etdiyi UAZ markalı avtomobil, Rustov kənd sakini Seymur Nuriyevin "LADA Niva" avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət bir müddət dayandırılıb. Qeyd edək ki, R.Adilov Muçu kənd ümumi orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh