Kürdəmirdə yol qəzası: 2 yaralı

Qəzalar 22 Mart 2019 20:56 Oxunub 922
Kürdəmirdə yol qəzası: 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 212 km-də qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Qarabucaq kənd sakinləri - 1990-cı il təvəllüdlü Vüqar Mahmud oğlu Mehdiyev və 2001-ci il təvəllüdlü Pünhan Şöhrət oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh