Pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb - VİDEO

Gündəm 23 Mart 2019 09:11 Oxunub 802
Pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanaraq araşdırma aparılır

Ağcabədi rayonunda bir neçə mənzildən oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Rüfət Məmmədovun "Report"un Qarabağ Mərkəzinə verdiyi məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində bir neçə fərdi yaşayış evindən pul və qızıl zinət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Aparılmış əməliyyat və istintaq tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini İbrahimov Zamin Hümbət oğlu saxlanılıb. Dindirilmə zamanı məlum olub ki, Z.İbrahimov 3 dəfə ayrı-ayrı evlərə gizli yolla daxil olaraq ümumilikdə vətəndaşlara 3 min manata qədər ziyan vurub.

Saxlanan şəxs oğurladığı qızıl zinət əşyalarını sataraq pul əldə edib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanaraq araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh