Çində 26 nəfər turist avtobusunda yanaraq ölüb

Gündəm 23 Mart 2019 10:26 Oxunub 594
Çində 26 nəfər turist avtobusunda yanaraq ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlardan beşi kritik vəziyyətdədir

Cümə günü Mərkəzi Çinin Hunan əyalətinin Çande şəhərində hərəkətdə olan turist avtobusunun yanması nəticəsində azı 26 nəfər ölüb, 28-i xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Sinhua" məlumat yayıb. Bildirilir ki, xəsarət alanlardan beşi kritik vəziyyətdədir.

***20:36

Çinin Hunan əyalətində içərisində 56 nəfərin olduğu turist avtobusu hərəkətdə olarkən yanıb. Bu barədə Çande şəhər hökuməti məlumat yayıb. Bildirilir ki, azı 30 nəfər xəstəxanaya yerləşdirilib. Avtobusun hansı səbəbdən yandığı məlum deyil. Ölən və zərərçəkənlərin sayı barədə məlumat yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh