Avtomobillərdə rəngli disklər qadağan edildi

Avtoxəbər 23 Mart 2019 10:33 Oxunub 1497
Avtomobillərdə rəngli disklər qadağan edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq avtomobil təmiri salonlarının qarşısında uzun növbələrin yarandığı bildirilir

Türkmənistanın paytaxtı Aşqabadda yerli hakimiyyət orqanları avtomobillərdə rəngli diskləri qadağan edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, gümüşü rənglər istisna olmaqla, hətta ağ və boz rəngli disklərin də istifadəsinə icazə verilmir. “Türkmənistan Xronikası” saytının verdyi məlumata görə, qadağaya əməl etməyən sürücülərin avtomobilləri və sürücülük vəsiqələri əllərindən alınır. Həmçinin bildirilir ki, son illər rəngli disklərlə istehsal olunan yeni marka “Mercedes”, “Lexus” və “Toyota” avtomobillərinə də eyni qadağa tətbiq edilir. Artıq avtomobil təmiri salonlarının qarşısında uzun növbələrin yarandığı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh