Ziya Bünyadov prospektində xanım sürücü qəzaya uğrayıb – VİDEO

Qəzalar 23 Mart 2019 11:17 Oxunub 1378
Ziya Bünyadov prospektində xanım sürücü qəzaya uğrayıb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib

Bakıdakı tunellərin birində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində olub.

Aysel Məmmədovanın idarə etdiyi "BAİC" markalı avtomobil tuneldə idarəetməni itirib və yol ayrıcındakı betona çırpılıb.

A.Məmmədova bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılmış təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Deformasiyaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh