Binəqədi rayonunun bir küçəsində hərəkət məhdudlaşdırılıb

Gündəm 23 Mart 2019 13:38 Oxunub 823
Binəqədi rayonunun bir küçəsində hərəkət məhdudlaşdırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhdudlaşma martın 24-ü gün ərzində aradan qaldırılacaq

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məhdudlaşma martın 24-ü gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh