Cəlilabadda 57 yaşlı kişi intihar edib

Gündəm 23 Mart 2019 14:11 Oxunub 649
Cəlilabadda 57 yaşlı kişi intihar edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Alar kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Ələddin Azadxan oğlu Əliyev yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Meyit müayinə olunaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh