Gəncədə piyadanı avtomobil vurub

Qəzalar 23 Mart 2019 14:32 Oxunub 921
Gəncədə piyadanı avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində piyadanı avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 5 nömrəli orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Tural Turab oğlu Nəsibovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ancaq daha sonra başqa bir səhiyyə müəssisəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh