Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub

Gündəm 23 Mart 2019 14:38 Oxunub 787
Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ötən gün Kürdəmir rayonunda 11 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21150” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən rayonun Xırdapay kənd sakini, 1996-cı il təvəllüdlü Ramil Elxan oğlu Heydərov saxlanılıb.

Qeyd edək ki, martın 22-də Kürdəmir rayon sakini, 2008-ci il təvəllüdlü Əmirov Elmurad Elgün oğlunu yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vurub və hadisəni törədən sürücü qaçıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq vəziyyəti ağır olduğundan Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh