Cəlilabadda axtarışda olan şəxs saxlanılıb

Gündəm 23 Mart 2019 14:56 Oxunub 918
Cəlilabadda axtarışda olan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Cəlilabad rayonunda axtarışda olan şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Muğan bürosun Cəlilabad rayon Polis şöbəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 240.1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə axtarışda olan Cəlilabad şəhər sakini Yusif Cəfərov rayon ərazisində saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh