«Jiquli» dərəyə aşdı

Qəzalar 20 May 2014 19:05 Oxunub 1542
«Jiquli» dərəyə aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gədəbəydə baş vermiş hadisədə 3 nəfər xəsarət alıb

Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb. Rayon sakini, 29 yaşlı Emin Səfərov “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında dərəyə aşırıb.Qəza nəticəsində xəsarətlər alan sürücü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, avtomobildə olan iki sərnişin, Tərtər rayon sakinləri, Gədəbəy Qızıl mədənində traktorçu işləyən, 61 yaşlı Tofiq Mustafayev və 29 yaşlı Yunis Məmişov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarətlərinin yüngül, digər iki nəfərin vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh