Ağcabədi sakinlərindən narkotik və silah-sursat götürülüb

Gündəm 23 Mart 2019 15:23 Oxunub 951
Ağcabədi sakinlərindən narkotik və silah-sursat götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır

Ağcabədi rayon sakinlərindən narkotik və silah-sursat götürülüb. Avtosfer.az DİN-in saytına istinadən xəbər verir ki, Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Babək Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq Amil Tapqdıqovun və Yaşar Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh