Qaradağda "Mercedes" aşdı: bir ailənin 4 üzvü xəsarət aldı - VİDEO

Qəzalar 23 Mart 2019 13:55 Oxunub 1774
Qaradağda "Mercedes" aşdı: bir ailənin 4 üzvü xəsarət aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır

Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.

Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.

Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh