Yol polisi 3600 məktəblinin təhlükəsizliyini belə təmin etdi - FOTO - VİDEO

Yol polisi 26 Mart 2019 21:13 Oxunub 3494
Yol polisi 3600 məktəblinin təhlükəsizliyini belə təmin etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ölkəmizi tanıyaq" layihəsində YPX əməkdaşları da xidmət göstərir

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a  verilən məlumata görə, bu gün "Ölkəmizi tanıyaq" layihəsi artıq başa çatıb. Son iki həftə ərzində, mərhələli şəkildə 3600 uşaq Respublikanın müxtəlif bölgələrinə səfər edib. Onların yollarda təhlükəsizliyini YPX əməkdaşları təmin edib. Uşaqlar sağ-salamat mənzil başına çatdırılıb. Yalnız bir uşağın səhhətində problem yaranıb. O da təcili tibbi yardım maşını ilə evinə aparılıb. DYP əməkdaşları bütün yol boyu uşaqları müşayət ediblər.

***

 

Artıq bir neçə ildir ki, "Ölkəmizi tanıyaq" devizi altında məkəblilərin rayonlara gəzintisi təşkil olunur. Avtosfer.az xəbər verir ki, 76 rayon və şəhər olmaqla 2600 şagird layihədə iştirak edir. Şagirdlər xüsusi ayrılmış avtobuslarla 6 istiqamətində şəhər və rayonlarında səfərdə olurlar. Məktəblilərin yollarda  təhlükəsiz hərəkətini təmin etmək məqsədilə DYP rəhbərliyi  tərəfindən xüsusi patrul xidməti avtomobilləri ayrılıb. YPX əməkdaşları bütün yol boyu avtobusları müşayət edir, rayonlarda avtobusların dayandığı ərazilərdə şagirdlərin yolu keçməsi, təhlükəsizlik qaydalarına əməl etməsini təmin edirlər. 

Hazırda tədbir davam edir və şagirdlər bölgələri gəzirlər. 



Qeyd edək ki, artıq 11-ci dəfədir keçirilən bu aksiyanın məqsədi müxtəlif rayon və şəhərlərdən olan məktəblilərin digər bölgələri tanıması, məlumat almasıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh