"Boeing" yenilənmiş "737 Max" tipli təyyarələrini təqdim edib

Yeniliklər 24 Mart 2019 10:55 Oxunub 1246
"Boeing" yenilənmiş "737 Max" tipli təyyarələrini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda “Boeing” yenilənmiş proqram təminatını laborator üsulla yanaşı, yerdə və göydə də sınaqdan keçirməyi düşünür

ABŞ-ın Federal Aviasiya İdarəsi “Boeing” şirkətinin mütəxəssisləri tərəfindən təyyarələrin proqram təminatındakı yenilənməni təsdiqləyib. Avtosfer.az-ın ONA-ya istinadən veridiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri daxili sənədlərə əsasən məlumat yayıb.

Nəşrin yazdığına görə, yenilənmə “Boeing 737 MAX” tipli təyyarələrin qanadlarındakı sərt yayılmalara daha yumşaq reaksiya verməyə imkan yaradır. Həmçinin yenilənmiş proqram təminatı bir deyil, iki təhlükə detektorundan informasiya əldə edəcək.

Qeyd olunur ki, artıq təyyarələrin sistemi pilot kabinəsindəki digər qurğuları bloklaşdırmayacaq və yanlış detektor göstəricilərinə reaksiya verməyəcək.

Hazırda “Boeing” yenilənmiş proqram təminatını laborator üsulla yanaşı, yerdə və göydə də sınaqdan keçirməyi düşünür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh