Şirin içkilərin ölüm təhlükəsi – Şok araşdırma

Gündəm 24 Mart 2019 21:33 Oxunub 1281
Şirin içkilərin ölüm təhlükəsi – Şok araşdırma
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həftədə 2-6 pay içənlərin ölüm riski 6 faiz, hər gün içənlərin isə ölüm riski 14 faiz artır

Şirin içkilər ölümcül təhlükəlidir. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, Harvard universitetinin alimləri belə qərara gəliblər ki, şirin içkilər erkən ölüm riskini artırır.

Geniş əhatəli araşdırmada 80 mindən çox qadın və 37 min kişi iştirak edib. Mütəxəssislər onların vəziyyətini 30 il ərzində müşahidə ediblər.

Könüllülər hər 4 ildən bir öz rasionları haqqında əhatəli anket təqdim etməklə yanaşı ildə iki dəfə həyat tərzi və sağlamlıq vəziyyətləri haqqında danışıblar. Müəyyən edilib ki, yüksək şəkər tərkibli işçilər insanın ömrünün uzunluğuna təsir edir. Belə ki, həftədə 2-6 pay içənlərin ölüm riski 6 faiz, hər gün içənlərin isə ölüm riski 14 faiz artır.

Şirin içkilərin ürək xəstəlikləri ilə də əlaqəsi var. Gündə 2 pay bu içkilərdən içənlərin ürək xəstəliklərindən ölüm riski 31 faiz artmış olur.

Alimlər qeyd ediblər ki, şirin içkilərin sağlamlığa zərərlərinin qarşısını almaq üçün onları qazlı sular və ya adi su ilə hazırlanmış şirələrlə əvəz etmək lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh