TIR avtomobilə çırpıldı: biri aşdı, digəri ikiyə bölündü - FOTO

Avtosfer Foto 24 Mart 2019 17:43 Oxunub 1542
TIR avtomobilə çırpıldı: biri aşdı, digəri ikiyə bölündü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Təkridağ vilayətinin Saray rayonunda işıqforun qırmızı işığında dayana bilməyən  TIR avtomobilə toqquşub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, toqquşmanın şiddətindən avtomobil aşıb, TIR isə iki hissəyə ayrılıb. Qəza nəticəsində minik maşınının sürücüsü ağır xəsarətlər alıb.

Hadisə yerinə xilasetmə, tibb və polis briqadaları cəlb edilib. Yaralı Rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh