Avtobusun qoşqusu avtomobilə çırpıldı: 2 ölü, 5 yaralı - FOTO

Qəzalar 24 Mart 2019 21:45 Oxunub 3927
Avtobusun qoşqusu avtomobilə çırpıldı: 2 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda avtobusun arxasından qopan qoşqu qarşı yoldan gələn avtomobilə çırpılıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, çırpılmanın şiddətindən deformasiyaya uğrayan maşında olan 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə Rayon xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh