İndoneziyada ilk metro xətti açıldı

Yeniliklər 24 Mart 2019 19:09 Oxunub 1335
İndoneziyada ilk metro xətti açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk həftə insanlar metrodan pulsuz istifadə edəcək

İndoneziyada ölkənin ilk metropoliten xətti istifadəyə verilib. Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, prezident Coko Vidodo paytaxt Cakartada xəttin açılışını edib. Onun sözlərinə görə, metro xətti paytaxtla əhalinin sıx məskunlaşdığı cənub bölgələrində nəqliyyatdan istifadəni asanlaşdıracaq.

İlk həftə insanlar metrodan pulsuz istifadə edəcək, daha sonra isə gediş haqqı 70 sent (təxminən 1.20 AZN) olacaq.

Qeyd edək ki, uzunluğu 16 km olan metro xəttinin tikintisi təxminən 6 ilə ərsəyə gəlib. Layihənin dəyəri təxminən 1,1 milyard dollardır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh