Bakıda polis əməkdaşı iki yeniyetməni maşınla vurdu: 1 ölü, 1 yaralı

Yol polisi 24 Mart 2019 21:56 Oxunub 8120
Bakıda polis əməkdaşı iki yeniyetməni maşınla vurdu: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vurulanlardan biri gələn ay əsgər gedəcəkdi

Dünən gecə saat 12 radələrində Səbail rayonu, Gülbala Əliyev küçəsində (Akapen kimi tanınan ərazi) ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Roman adlı sürücü idarə etdiyi avtomobillə iki yeniyetməni vurub. Onlardan biri hadisə yerində keçinib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə törədən Roman adlı şəxs Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin əməliyyatçısı, polis zabitidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Səbail polisindən faktı Avtosfer.az-a təsdiq ediblər.

Qeyd edək ki, vurulan gənclərdən biri gələn ay əsgər gedəcəkdi.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Roma 25 Mart 2019 17:52
Salam Romani taniyiram 6 ay bundan qabaq meni yersiz yere sumqayitdan masina basib sebail rayon 8 ci polis sobesine getirdi otagi 2 ci mertebede yerlesir hedsiz derecede ozunden razi ve arxayin biridi.menden 1000 manat aldi buraxdi cunki mene olmayan cinayeti ustume yixirdi.allah belasini verdi sukur.onun komekcisi var Ramin adinda zabit o da hemcinin onun tayidi menim vesiqemi girov saxladilar ki get 1000 manat pul gedtir sonra verek hem de cinayeti baglayaq .vermeseydim ustumden 1 kq narkotka ve evimden silah cixardirdilar