Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib - VİDEO

Gündəm 25 Mart 2019 09:05 Oxunub 1321
Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki laynerdə 100-ə yaxın Rusiya hərbçisi və 35 ton yük olub

Rusiyaya məxsus "An-124" və "İl-62" tipli iki hərbi nəqliyyat təyyarəsi Venesuelaya uçub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli "Noticiero Digital" və "Eha Medya" saytları, Kolumbiyanın "Webinfomil" portalı, həmçinin Perunun "El Comercio" qəzeti məlumat yayıb.

Onların məlumatına görə, Karakas hava limanına enən iki laynerdə 100-ə yaxın Rusiya hərbçisi və 35 ton yük olub.

"Associated Press" Bolivar Respublikası hökumətindəki mənbəyə istinadən xəbər verir ki, Rusiya təyyarələri Venesuelaya Karakas və Moskva arasında olan hərbi-texniki əməkdaşlıq çərçivəsində gəliblər.

Bildirilir ki, Rusiya hərbçiləri Venesuelaya ölkənin silahlı qüvvələrinin avadanlıqlarına xidmət edəcək və venesuelalılara onlardan istifadə qaydalarını öyrədəcəklər. Ruslar həmçinin venesuelalı həmkarları ilə strateji məsələləri müzakirə edəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh