Sabirabadda “Mercedes” motosikleti vurub

Qəzalar 25 Mart 2019 09:15 Oxunub 1774
Sabirabadda “Mercedes” motosikleti vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sabirabad rayonu Qaratəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul-Horadiz avtomagistralının 35-ci kilometrliyində olub.  Motosikletlə “Mercedes” markalı avtomaşının toqquşması nəticəsində İmişli rayon sakinləri, 1993-cü il təvəllüdlü Behbutov Mədət Fərahim oğlu və 1998-ci il təvəllüdlü behbutov Namiq Niyamədin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal Sabirabad rayonu mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh