Dünya çempionunun qardaşı dəhşətli yol qəzasında öldü – FOTO + VİDEO (YENİLƏNİB)

Avtosfer TV 25 Mart 2019 15:53 Oxunub 3465
Dünya çempionunun qardaşı dəhşətli yol qəzasında öldü – FOTO + VİDEO (YENİLƏNİB)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toqquşmadan sonra “BMW” hissələrə ayrılıb və parçaları 10 metrələrlə ətrafa saçılıb

Ukraynanın Odessa şəhərində baş vermiş qəzada Şamil Hacıyevlə bərabər ölən 33 yaşlı sərnişin Viktoriya Kravçenko, məşhur Hollivud aktyoru Silvestr Stallonenin ana tərəfdən qohumudur. Qohum olmaları barədə informasiyanı isə aktyorun anası Jaklin Stallone müsahibələrinin birində deyib.

10.15***

Boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev yol qəzasında ölüb. Avtosfer.az xəbər verir ki, Şamil Hacıyevin idarəetməsindən çıxan “BMW” markalı avtomobil əvvəlcə park edilmiş “Hyundai Sonata”ya sonra da havaya qalxaraq elektrik xəttinə çırpılaraq yanıb. Bu barədə “Vesti” qəzeti məlumat yayıb. Qəza Ukraynanın Odessa şəhərində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşmadan sonra “BMW” hissələrə ayrılıb və parçaları 10 metrələrlə ətrafa saçılıb.

22 yaşlı sürücü Şamil Hacıyev və 33 yaşlı qadın sərnişin xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh