Mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Gündəm 25 Mart 2019 10:51 Oxunub 1897
Mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Vəliyev Samir Cabir oğlu ilə qısamüddətli görüşə gələn əmisi, Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzrəinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh