Sərnişin avtobusu maşına və TIR-a çırpıldı: 2-si ağır, 11 yaralı - FOTO

Avtosfer Foto 25 Mart 2019 14:39 Oxunub 1645
Sərnişin avtobusu maşına və TIR-a çırpıldı: 2-si ağır, 11 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza yolun qarlı və sürüşkən olması səbəbindən baş verib

Türkiyənin Ərzincan-Ərzurum magistral yolunda idarəetmədən çıxan sərnişin avtobusu əvvəlcə avtomobilə sonra da TIR-a çırpılıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda tibb, xilasetmə və polis briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə ərazidəki xəstəxanalara yerləşdiriliblər.

Onlarda 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza yolun qarlı və sürüşkən olması səbəbindən baş verib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh