Kürdəmirdə 28 yaşlı qadın intihar edib

Gündəm 25 Mart 2019 15:00 Oxunub 776
Kürdəmirdə 28 yaşlı qadın intihar edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Səfərova Gülnarə Əliyar qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. G.Səfərovanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh